Modern.az

Qardaşını qəbiristanlıqda öldürdü, 10 il həbs verildi

Qardaşını qəbiristanlıqda öldürdü, 10 il həbs verildi

Hadisə

22 Fevral 2023, 12:24

Bakıda qəbiristanlıqda qardaşını qətlə yetirməkdə təqsirləndirilən Siyavuş İsmayılovun məhkəməsi başa çatıb.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Hökmə əsasən, Siyavuş İsmayılov 10 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, hadisə ötən ilin sentyabrında paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən qəbiristanlıqda qeydə alınıb.

 

Belə ki, 1966-cı il təvəllüdlü S.İsmayılov qardaşı, 1976-cı il təvəllüdlü Səyyad İsmayılovu şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı oraqla çoxsaylı xəsarətlər vuraraq qətlə yetirib.

 

Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?