Modern.az

Qadını qaçıran əri və qayınanası olub - VİDEO

Qadını qaçıran əri və qayınanası olub - VİDEO

Hadisə

24 Fevral 2023, 15:32

Daxili İşlər Nazirliyi Bakının Binəqədi rayonunda qızın qaçırılması ilə bağlı yayılan videoya münasibət bildirib.

 

DİN-in mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Modern.az-a bildirib ki, görüntülər araşdırılıb.

 

Orada əks olunan şəxslər bir ailənin üzvləridir. Xanımı boşanma fikirindən daşındırmaq üçün rəsmi nikahda olduğu əri, xanımın atası və qayınanası onu məcbur edərək rayona aparmağa çalışıblar.

 

Xanım hazırda polis orqanındadır, təhlükəsizliyi təmin edilib.

 

Polis əməkdaşları tərəfindən araşdırmalar davam etdirilir.

 

Xatırladaq ki, "unikal.az" saytında yayılan görüntülərdə qadının zorla bir neçə nəfər tərəfindən qaçırıldığı əks olunub.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?