Modern.az

Nənə və nəvəsi dəm qazından zəhərləndi 

Nənə və nəvəsi dəm qazından zəhərləndi 

Hadisə

25 Fevral 2023, 22:18

Şəki rayonunun Oxud kəndində nənə və nəvə dəm qazından zəhərlənib.

 

Modern.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə bu gün baş verib.

 

Belə ki, həmin kəndin sakinləri 1955-ci il təvəllüdlü Məmmədova Validə Nəsif qızı və onun nəvəsi 2012-ci il təvəllüdlü Məmmədli Aydan Arif qızı yaşadıqları evin hamam otağında dəm qazından zəhərlənərək Şəki rayon Mərkəzi xəstəxanasına yerləşdiriliblər.

 

Hazırda nənə və nəvənin müalicəsi xəstəxanada davam etdirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?