Tacikistanın şimalında, Düşənbə-Çanak magistralının Suqd rayonuna gedən hissəsində qar uçqunu nəticəsində 3 nəfər ölüb.
Modern.az xəbər verir ki, Düşənbə-Çanak avtomobil yolunun 157-ci kilometrliyində (Şaxristan aşırımı) “Musso” markalı avtomobil qar uçqunu altında qalıb.
Hadisə nəticəsində 3 nəfər ölüb, bir sərnişin isə Şəhristan rayon xəstəxanasına yerləşdirilib.