Modern.az

Ağstafada yol qəzası: Ölənlər var

Ağstafada yol qəzası: Ölənlər var

Hadisə

27 Fevral 2023, 08:36

Ağstafada ağır qəzada ölənlərin kimliyi məlum olub.

 

Modern.az xəbər verir ki, minik avtomobili ilə yük avtomobilinin toqquşması nəticəsində rayonun Dağ Kəsəmən kəndinin sakinləri 1987-ci il təvəllüdlü Orxan Rzayev və 1987-ci il təvəllüdlü Məhəmməd Xəlilov dünyasını dəyişib.

 

***

Ağstafada ölümlə nəticələn yol qəzası baş verib.

 

Modern.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Dağ Kəsəmən kəndində keçən hissəsində qeydə alınıb.

 

İlkin məlumata görə, yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər hadisə yerində ölüb. Qəzanın səbəbi hələlik məlum deyil. Araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?