Modern.az

Nigar Camala hücum edən şəxs saxlanıldı - VİDEO

Nigar Camala hücum edən şəxs saxlanıldı - VİDEO

Hadisə

27 Fevral 2023, 09:56

Azərbaycanı 2011-ci ildə “Avroviziya”da təmsil edən müğənni Nigar Camal avtomobil hərəkət edərkən hücuma məruz qalıb. 

 

Modern.az xəbər verir ki, bu barədə müğənni instaqram hesabında paylaşım edib.

 

O qeyd edib ki, KİA markalı avtomobili idarə edən şəxs yolunu kəsib. Sonra sürücü avtomobildən enərək müğənniyə yaxınlaşıb. Ondan pəncərəni açmağı tələb edərək avtomobilə zərbələr endirib və güzgünü sındırıb.

 

Daxili İşlər Nazirliyindən bildirilib ki, müğənni Nigar Camalın avtomobilinə hücum edən şəxs müəyyən olunub və polis əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılıb.

 

Araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama