Modern.az

43 yaşlı qadın dəm qazından zəhərləndi 

43 yaşlı qadın dəm qazından zəhərləndi 

Hadisə

27 Fevral 2023, 20:38

Mingəçevir sakini dəm qazından boğularaq ölüb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a bildirilib ki, bu gün saat 18 radələrində Mingəçevir şəhər sakini,1980-ci il təvəllüdlü Günel İsayevanın meyiti yaşadığı evin vanna otağında aşkarlanıb.

 

Onun dəm qazından zəhərləndiyi ehtimal edilir.

 

Polis və prokurorluq əməkdaşları, ekspert tərəfindən hadisə yerinə, eləcə də meyitə baxış keçirilib, zəruri prosessual hərəkətlər yerinə yetirilib.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?