Modern.az

Zaporojyedə azərbaycanlı gənclərin meyitləri tapıldı

Zaporojyedə azərbaycanlı gənclərin meyitləri tapıldı

1 Mart 2023, 11:30

Ukraynanın Zaporojye vilayətinin hazırda işğal altda olan Toxmaq şəhəri ətrafında azərbaycanlıların meyitləri tapılıb.

 

Modern.az "Report"a istinadən məlumat verir ki, bunlar 28 yaşlı Şahin Qarayev və 25 yaşlı Ruslan Alıyevdir.

 

Onların hər ikisi Ukrayna vətəndaşlarıdırlar. Uzun zamandır itkin düşmüş hər iki azərbaycanlının meyitləri üzərində ciddi işgəncə əlamətləri olduğu bildirilir.

 

Hazırda onların meyitlərinin azərbaycanlılar tərəfindən ailələrinə çatdırılması prosesi gedir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?