Modern.az

Kahramanmaraşda növbəti ZƏLZƏLƏ

Kahramanmaraşda növbəti ZƏLZƏLƏ

Hadisə

3 Mart 2023, 07:46

Türkiyənin Kahramanmaraş vilayətində yenidən zəlzələ olub.

 

Modern.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

 

Zəlzələ On iki şubat rayonunda 5 bala qədər hiss edilib. Dağıntı və təlafat barədə məlumat yoxdur.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama