Modern.az

Nazirliyin həbsdə olan sabiq əməkdaşı intihara cəhd etdi

Nazirliyin həbsdə olan sabiq əməkdaşı intihara cəhd etdi

Hadisə

3 Mart 2023, 14:20

Bakı İstintaq Təcridxanasında intihara cəhd olub.

 

Modern.az Trend-ə istinadən xəbər verir ki, intihara cəhd edən təqsirləndirilən şəxs Tural Alışanlı Bakı Ağır Cinayətlər Məhkəməsində barəsindəki cinayət işi üzrə məhkəmədə bildirib. T.Alışanlı məhkəmə prosesinə gətirilərkən boğazı sarğılı olub. O bildirib ki, təcridxanada boğazını kəsərək intihara cəhd edib. Təcridxana nəzarətçilərinin səyi nəticəsində intiharın qarşısı alınıb.

 

Xatırladaq ki, T. Alışanlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sabiq əməkdaşıdır.

 

O Qarabağ müharibəsində yaralananlar və həlak olanların ailələri üçün evlər tikən “TUA TT” MMC-nin rəhbəri olub. T.Alışanlı ev tikintisinə ayrılan vəsaitin 515 min manatını mənimsəməkdə təqsirləndirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?