Modern.az

Vətən müharibəsi iştirakçısını maşın vurub öldürdü

Vətən müharibəsi iştirakçısını maşın vurub öldürdü

Hadisə

4 Mart 2023, 09:26

Gəncədə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Modern.az-a bildirib ki, Samux rayon sakini Xəyal Yolçuyev idarə etdiyi "VAZ 2107" markalı avtomobil ilə yolu keçmək istəyən piyada, 2002-ci il təvəllüdlü, Vətən Müharibəsi iştirakçısı Şəhriyar Məmmədovu vurub və nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

 

Faktla bağlı araşdırmalar davam etdirilir 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?