Modern.az

Bakıda partlayış oldu - ÖLƏN VAR (YENİLƏNİB)

Bakıda partlayış oldu - ÖLƏN VAR (YENİLƏNİB)

4 Mart 2023, 14:35

Martın 4-ü saat 10 radələrində Binəqədi rayonu ərazisində yerləşən təkər təmiri sexində 1982-ci il təvəllüdlü Pərviz Dadaşovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Bu barədə Modern.az-a Baş Prokurorluqdan məlumat verilib.

 

Hadisənin hava təzyiqi işləyən cihazın partlaması nəticəsində baş verməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

 

***

Bakıda ölümlə nəticələnən partlayış olub.

 

Modern.az xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində yerləşən təkərdoldurma məntəqəsində baş verib.

 

İlkin məlumata görə, partlayış nəticəsində bir nəfər ölüb. 

 

Xəbər yenilənəcək.

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?