Bu gün saat 07:45 radələrində 596 nömrəli marşrut xətti üzrə Xocəsən dairəsindən Meyvəli bazarı istiqamətinə hərəkətdə olan "İVECO OTOYOL" markalı "90 LR 327" nömrə nişanlı avtobus mühərrikində baş vermiş qısa qapanma səbəbindən alov alaraq yanıb.
Bu barədə Modern.az-a Baş DYP İdarəsinin şöbə rəisi Rövşən Tağıyev məlumat verib.
Onun sözlərinə görə, hadisə nəticəsində ölən və xəsarət alan olmasa da, avtobus yararsız hala düşüb.
Hadisə yerinə dərhal yaxınlaşan YPX əməkdaşları sərnişinlərin və digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təmin ediblər. Yanğın qısa müddət ərzində söndürülüb. Yolda hərəkət tam bərpa edilib.