Modern.az

DİN futbolçuların düşdüyü qəza ilə bağlı məlumat YAYDI

DİN futbolçuların düşdüyü qəza ilə bağlı məlumat YAYDI

Hadisə

7 Mart 2023, 15:24

Daxili İşlər Nazirliyi “Mingəçevir” futbol klubunu daşıyan avtobusun qəzaya uğraması barədə məlumat yayıb.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a bildirilib ki, bu gün saat 12 radələrində Muğanlı-İsmayıllı avtomobil yolunun Ağsu rayonu ərazisindən keçən hissəsində “Mercedes” markalı avtobusla yük avtomobili toqquşub. Nəticədə yük avtomobilinin sürücüsü Əflatun Məmmədov və avtobusun sərnişini Zaur Qarayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

 

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?