"Koroğlu" metrostansiyasında ahıl yaşlarında kişi sərnişin özünü pis hiss edib.
Bu barədə Modern.az-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib. Hadisə saat 15:40 radələrində baş verib.
"Dərhal təcili tibbi yardım dəvət edilib. Təəssüf ki, təcili yardıma məlumat verildikdən az sonra sərnişin dünyasını dəyişib", - məlumatda qeyd olunub.