Modern.az

Əli Əsədov Timor-Leste Prezidenti ilə görüşüb

Əli Əsədov Timor-Leste Prezidenti ilə görüşüb

Hadisə

8 Mart 2023, 13:52

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov martın 8-də ölkəmizdə səfərdə olan Timor-Leste Demokratik Respublikasının Prezidenti Jose Ramos Horta ilə görüşüb.

 

Nazirlər Kabinetindın Modern.az-a verilən xəbərə görə, görüşdə Azərbaycanın paytaxtında keçiriləcək X Qlobal Bakı Forumunun əhəmiyyəti vurğulanıb.

 

Timor-Leste Prezidentinin Azərbaycana ilk səfərinin iki ölkə arasında münasibətlərin inkişafına müsbət təsir göstərəcəyinə ümidvarlıq ifadə edilib.

 

Timor-Leste Prezidentinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşü zamanı müzakirə edilmiş məsələlərə, həmçinin ikitərəfli əməkdaşlığın müxtəlif sahələrdə perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?