Modern.az

İki vətəndaşımızdan hələ də xəbər yoxdur - XİN

İki vətəndaşımızdan hələ də xəbər yoxdur - XİN

Hadisə

11 Mart 2023, 11:56

"İndiyə qədər Türkiyədə 2 nəfər Azərbaycan vətəndaşı haqqında hələ də məlumat əldə etmək mümkün olmayıb, onların axtarışları davam etdirilir".

 

Bu barədə Modern.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

 

"Azərbaycan Respublikası vətəndaşlarının və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşlarının zəlzələ bölgəsindən planlaşdırılan sonuncu təxliyəsi həyata keçirilib", - məlumatda qeyd olunub.

 

Xatırladaq ki, zəlzələ baş vermiş gündən etibarən Türkiyədən Azərbaycana ümumilikdə 686 nəfər təxliyə olunub.

Twitter
Sizə yeni tvit var
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar