Kişi yoldaşını, qayınanasını və qaynını bıçaqladı

Kişi yoldaşını, qayınanasını və qaynını bıçaqladı

11 Mart 2023, 18:24

Yevlax rayonunda üç nəfər bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, xəsarət alan şəxslərin bir ailənin üzvü olduqları bildirilir.

 

Məlumata görə, rayon sakini Səbuhi Həsənov həyat yoldaşı Nazənin Həsənova, onun anası Vüsalə Bağırova və qayınanasının qardaşı Ümid Bağırovu bıçaqlayıb. Onlar xəstəxanaya yerləşdirilib. Yaralılardan birinin vəziyyəti ağır, ikisinin durumu stabildir. Bıçaqlanma ailə münaqişəsi zəminində baş verib.

 

Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynada son vəziyyə - Azərbaycanlı polkovnik danışır