Modern.az

Biləsuvarda YANĞIN

Biləsuvarda YANĞIN

12 Mart 2023, 09:27

Biləsuvar rayonunun Bəydili kəndində ümumi sahəsi 90 m² olan birmərtəbəli 4 otaqlı evin 3 otağının qamışdan ibarət tavanı 60 m² sahədə və dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə yanıb.

 

Modern.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib. 

 

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir