Modern.az

Sürücü postda külli miqdarda narkotiklə tutuldu

Sürücü postda külli miqdarda narkotiklə tutuldu

Hadisə

12 Mart 2023, 23:55

Ötən gün Əkbərov Cavid Nuru oğlunun idarə etdiyi "Hyundai Elantra" markalı 99-VP-411 nömrə nişanlı avtomobil gecə saat 00:15 radələrində nəzarət qaydasında Əlat-Astara-İran sərhəddi avtomobil yolunun 143-cü km-də, Masallı rayonu ərazisində yerləşən Baş Dövlət Yol Polisi İdarəsinin 726 saylı YPX postunda saxlanılıb, sürücünün hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçirilib, bu zaman onun narkotik vasitənin təsiri altında olması aşkar edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev məlumat verib.

 

Sürücü C.Əkbərovun idarə etdiyi avtomobilə baxış zamanı avtomobildən ümumi çəkisi 3 kq 550 qram olan müxtəlif növ narkotik maddə (2 kq 850 qram heroin, 700 qram metafetamin) aşkar edilərək götürülüb. Sürücü rayon Polis Şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna bu əraziləri azad etdi - Ruslar geri çəkilir