Modern.az

Bakıdakı atışmada xəsarət alanların son durumu

Bakıdakı atışmada xəsarət alanların son durumu

Hadisə

13 Mart 2023, 12:24

Bakının Nəsimi rayonunda baş vermiş atışma zamanı yaralanan iki nəfərin müalicəsi davam etdirilir.

 

Bu barədə Modern.az-a Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

 

Məlumatda qeyd edilib ki, hadisə nəticəsində güllə yarası alan 1983-cü il təvəllüdlü Tamerlan Hüseynovun müalicəsi Kliniki Tibbi Mərkəzin Travmatologiya, 2002-ci il təvəllüdlü Fəqan Rəhimlinin mülaicəsi isə Cərrahiyyə şöbəsində davam etdirilir. Hər iki yaralının vəziyyəti stabildir.

 

Xatırladaq ki, martın 10-da Bakının Nəsimi rayonu ərazisində silahlı insident baş verib. Hadisə nəticəsində həmin ərazidən keçən Tamerlan Hüseynov və Fəqan Rəhimli güllə yarası alıb. Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü