Modern.az

Arvadını qətlə yetirən kişi tutuldu - YENİLƏNİB

Arvadını qətlə yetirən kişi tutuldu - YENİLƏNİB

13 Mart 2023, 18:17

Gəncədə həyat yoldaşını qətlə yetirən şəxs tutulub.

 

Modern.az xəbər verir ki, əməliyyat-axtarış tədbirləri nəticəsində Elşən Quliyev saxlanılaraq istintaqa təhvil edilib.

 

***

12:30

 

Gəncə şəhəri ərazisində üzərində xəsarətlər olan qadın meyitinin aşkar olunması barədə məlumat daxil olub.

 

Baş Prokurorluqdan Modern.az-a verilən xəbərə görə, ilkin araşdırma zamanı zərərçəkmiş şəxsin 1980-ci il təvəllüdlü Yeganə Hümbətova olması müəyyən edilib.

 

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.

 

Təfərrüatlar barədə əlavə məlumat veriləcək.

 

Qeyd edək ki, qətli törətməkdə şübhəli bilinən şəxsin onun həyat yoldaşı 38 yaşlı Elşən Quliyev olduğu bildirilir. Hadisənin qısqanclıq zəminində baş verdiyi ehtimal olunur.

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?