Modern.az

Bakıda yeniyetmə qız özünü binadan atdı

Bakıda yeniyetmə qız özünü binadan atdı

15 Mart 2023, 17:00

Bu gün Bakının Xətai rayonu, Həsən Salmani küçəsində intihar hadisəsi baş verib.

 

Modern.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, 2007-ci il təvəllüdlü Sofiya Juravlyova yaşadığı binanın 15-ci mərtəbəsindən özünü ataraq intihar edib.

 

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.

 

Qeyd edək ki, 2 gün əvvəl də Həsən Salmani küçəsində - bu gün intiharın baş verdiyi binanın qonşuluğundakı çoxmərtəbəli binada intihar hadisəsi olub. Martın 13-də gecə saat 03 radələrində paytaxt sakini olan 1976-cı il təvəllüdlü Samirə Əsədullayeva Həsən Salmani küçəsi 1 ünvanında (Neftçilər xəstəxanasının arxası) yerləşən 18 mərtəbəli binadan özünü atıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?