Bakıda yanan evdə meyit tapıldı

Bakıda yanan evdə meyit tapıldı

Hadisə

16 Mart 2023, 08:34

Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 100 m² (hər mərtəbəsi 50 m²) olan ikimərtəbəli evin birinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 20 m² sahədə, ikinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 20 m² sahədə yanıb.

 

FHN-dən Modern.az-a bildirilib ki, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ərdoğan meydan oxudu: Buna imkan verməyəcəyik!