Zaqatalada ər arvadını ov tüfəngi ilə GÜLLƏLƏDİ

Zaqatalada ər arvadını ov tüfəngi ilə GÜLLƏLƏDİ

Hadisə

17 Mart 2023, 09:42

Zaqatalada qadın qətlə yetirilib, əri saxlanılıb.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, martın 17-u saat 09 radələrində Zaqatala şəhərində Firəngiz Yusifovanın ailə münaqişəsi zəminində yaşadığı evdə ov tüfəngi ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

 

Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı Məhəmməd Didiyev rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə “isti izlər”lə saxlanılıb.

 

Araşdırma aparılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Səssiz əməliyyat: Ordumuz bu əraziləri azad etdi