Modern.az

KamAZ TIR-la toqquşdu - 2 nəfər öldü (YENİLƏNİB)

KamAZ TIR-la toqquşdu - 2 nəfər öldü (YENİLƏNİB)

17 Mart 2023, 22:56

Şabranda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb.

 

Modern.az xəbər verir ki, qəza rayonun Ağalıq kəndi ərazisində baş verib.

 

“KamAZ” markalı yük avtomobili qarşıdan gələn TIR-la toqquşub. İlkin məlumata görə, hər iki avtomobilin sürücüsü ölüb. “KamAZ”da olan sərnişin xəsarət alıb.

 

***

20:14

 

Quba-Gəndob-Yalama yolunun 8-ci kilometrliyində ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Baş Dövlət Yol Polisi İdarəsindən Modern.az-a bildirilib ki, qəza zamanı "KamAZ" və TIR toqquşub.

 

Hadisə nəticəsində "KamAZ"ın sürücüsü dünyasını dəyişib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?