Bakıda qadın ərinə sui-qəsd təşkil etdi - 4 nəfər tutuldu

Bakıda qadın ərinə sui-qəsd təşkil etdi - 4 nəfər tutuldu

Hadisə

19 Mart 2023, 12:12

Bakıda kişinin qətlini arvadının təşkil etdiyi məlum olub.

 

Modern.az xəbər verir ki, bu barədə Sabunçu Rayon Prokurorluğundan məlumat verilib.

 

Bildirilib ki, martın 16-sı saat 00:05 radələrində 1993-cü il təvəllüdlü Əli Seyidlinin paytaxtın Sabunçu rayonunda yaşadığı fərdi yaşayış evinin qarşısında öldürülməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

 

Keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində cinayət əməlinin zərərçəkmişin arvadı, 2000-ci il təvəllüdlü Əzizə Seyidovanın təşkilatçılığı ilə 1981-ci il təvəllüdlü Mehdi Məmmədov, 1988-ci il təvəllüdlü Elnur Əliyev və 1995-ci il təvəllüdlü Bəxtiyar Fərzəliyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Qeyd olunan şəxslər şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda ibtidai istintaq davam etdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Aprelin 1-i gözlər Qarabağda - Laçın yolunda post…