Modern.az

Bakıda 12 otaqlı evdə yanğın olub

Bakıda 12 otaqlı evdə yanğın olub

20 Mart 2023, 11:40

Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 336 kvadratmetr (hər mərtəbəsi 168 kvadratmetr) olan fin tipli ikimərtəbəli 12 otaqlı evin birinci mərtəbəsində 3 otağın yanar konstruksiyaları və ev əşyaları 45 kvadratmetr sahədə yanıb.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

 

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər