Modern.az

İtə əzab verən şəxs məsuliyyətə cəlb edildi

İtə əzab verən şəxs məsuliyyətə cəlb edildi

22 Mart 2023, 15:37

Sosial şəbəkələrdə yayılan görüntüdə iti avtomobilin arxasına bağlayaraq sürüyən şəxsin Kəlbəcər rayon sakini Radil Orucov olması müəyyən edilib.

 

Modern.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.

 

Onun sözlərinə görə, Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində sürücünün yeri müəyyən edilərək polis şöbəsinə dəvət olunub.

 

R. Orucovla profilaktiki söhbət aparılıb və inzibati məsuliyyətə cəlb edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir