15 nəfərin telefonunu oğurlayan şəxs saxlanıldı

15 nəfərin telefonunu oğurlayan şəxs saxlanıldı

23 Mart 2023, 11:28

Bakıda 15 nəfərin mobil telefonlarını oğurlayan şəxs saxlanılıb.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib.

 

Qeyd olunub ki, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisində 15 nəfərin mobil telefonlarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Vüqar Xəlilov müəyyən olunaraq saxlanılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hücüm: Rusiyanın bu şəhərləri vurulur