Modern.az

Bakı metrosunda qorxulu anlar yaşandı - VİDEO

Bakı metrosunda qorxulu anlar yaşandı - VİDEO

Hadisə

25 Mart 2023, 14:31

"Memar Əcəmi" stansiyasında kişi sərnişin qatar yoluna düşüb. Stansiyaya daxil olan maşinist dərhal reaksiya verərək, qatarı saxlayıb.

 

Bu barədə Modern.az-a "Bakı Metropoliteni" QSC-dən məlumat verib.

 

Bildirilib ki, stansiya yolunda olan sərnişinin ayağı zədələnib: "Dərhal aidiyyəti üzrə tədbirlər görülüb, sərnişin qaydalara müvafiq olaraq stansiya yolundan çıxarılıb. Ona ilkin yardım göstərilib, təcili tibbi yardım çağırılıb. Aidiyyəti üzrə araşdırma aparılır və digər tədbirlər görülür".

 

Məlumatda qeyd olunub ki, "Yaşıl xətt" üzrə intervaldan əlavə 10 dəqiqə yubanma yaranıb.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü