Modern.az

Cəlilabadda ikimərtəbəli ev yandı

Cəlilabadda ikimərtəbəli ev yandı

26 Mart 2023, 23:36

Cəlilabad şəhərində ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 42 m² olan 2 otaqlı mənzilin eyvanının tavanı 6 m² sahədə, 1 ədəd qapısı və binanın dam örtüyünün taxta atmaları 30 m² sahədə yanıb.

 

Modern.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar nazirliyi məlumat yayıb.

 

"Mənzilin və dam örtüyünün qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb", - deyə məlumatda bildirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyəli jurnalist Azərbaycanda nələr gördü?