Bakıda evdən iki nəfərin meyit tapılıb.
Modern.az xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb.
Məlumata görə, 1955-ci il təvəllüdlü Aydın Şəmsəddinov yaşadığı evdə özünü asaraq intihar edib. Evə baxış zamanı 1961-ci il təvəllüdlü yataq xəstəsi olan Səidə Şəmsəddinovanın da meyiti aşkarlanıb.
Ehtimal olunur ki, Aydın Şəmsəddinov bacısının ölümünə dözməyərək intihar edib. Faktla bağlı araşdırma aparılır.