Modern.az

Bayram günlərində yol qəzalarında ölənlərin sayı AÇIQLANDI

Bayram günlərində yol qəzalarında ölənlərin sayı AÇIQLANDI

Hadisə

27 Mart 2023, 09:40

Novruz tətili günlərində Azərbaycanda yol qəzalarında 7 nəfər ölüb.

 

Bu barədə Modern.az-a Baş Dövlət Yol Polisi İdarəsinin məlumat verilib.

 

Bildirilib ki, martın 20-dən 25-dək avtomobil yollarında ölümlə nəticələnən 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 7 nəfər həlak olub.

 

"Yol-nəqliyyat hadisələrinin növünə gəldikdə isə 3-ü piyadavurma, 2-si maneəvurma və 2-i aşmadır. Ötən il Novruz tətili günlərində 14 nəfər yol qəzasında ölmüşdü, bu il isə 7 nəfər vəfat edib. Bu da 50 faiz azalma deməkdir", - məlumatda qeyd olunub.

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?