Modern.az

Dünən 42 yanğın olub, 7 nəfər xilas edilib

Dünən 42 yanğın olub, 7 nəfər xilas edilib

Hadisə

28 Mart 2023, 11:18

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən xəbərə görə “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 42 yanğına çıxış, 3 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

 

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 7 nəfər xilas edilib, həmçinin Abşeron rayonunun Saray qəsəbəsində “Mercedes” markalı minik avtomobili və “İveco” markalı yük avtomobilinin toqquşması nəticəsində minik avtomobilində sıxılmış vəziyyətdə qalan 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?