Modern.az

Bakıda “Aşıqlar” kafesinə basqın edilib

Bakıda “Aşıqlar” kafesinə basqın edilib

Hadisə

29 Mart 2023, 09:22

Bakıda kafeyə silahlı basqın olub.

 

Modern.az xəbər verir ki, hadisə paytaxtın Biləcəri qəsəbəsində yerləşən "Aşıqlar" kafesində qeydə alınıb.

 

Belə ki, həmin kafeyə müştəri qismində gələn 2 nəfər şəxs Məmmədov Səxavət Məhəmməd oğlunun üzərinə bıçaq çəkərək pul tələb edib və kassadan təxminən 40-45 manat məbləğində pul götürüb.

 

Report-ın məlumatına görə, hadisəni törətməkdə şübhəli bilinən 1992-ci il təvəllüdlü Cəfərov Ricat Salman oğlu və 1996-cı il təvəllüdlü Alıyev Turan Ələddin oğlu saxlanılaraq polisə təhvil verilib.

 

Faktla bağlı cinayət işi açılıb istintaq aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?