Modern.az

13 yaşlı oğlanı qətlə yetirən şəxs SAXLANILDI

13 yaşlı oğlanı qətlə yetirən şəxs SAXLANILDI

30 Mart 2023, 08:14

Martın 29-u saat 16 radələrində Ağstafa rayonunun Poylu qəsəbəsi ərazisində 2009-cü il təvəllüdlü Cavanşir Bədirovun meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Ağstafa rayon prokurorluğundan Modern.az-a bildirilib ki, istintaq-əməliyyat tədbirləri ilə 2006-cı il təvəllüdlü Yusif Əhmədovun bıçaqla Cavanşir Bədirovun ürək nahiyəsindən xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Yusif Əhmədov iş üzrə şübhəli şəxs qismində saxlanılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir