Modern.az

Müəllimi son mənzilə şagirdləri yola saldı - FOTOLAR

Müəllimi son mənzilə şagirdləri yola saldı - FOTOLAR

30 Mart 2023, 11:00

Martın 28-də axşam saatlarında Göygöl rayonunun Hacıməlik qəsəbəsində baş vermiş ağır qəzada vəfat edən Telman Hüseynov Kəlbəcər rayon 11 saylı orta məktəbin müəllimi imiş.

 

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, "Hyundai Santa Fe" markalı avtomobilin T.Hüseynovun sürdüyü "VAZ 2106"ya çırpılması nəticəsində vəfat edən müəllim dünən yaşadığı qəsəbədə dəfn edilib. Dəfndə onun çalışdığı məktəbin şagirdlərinin də iştirak etməsi diqqəti cəlb edib.

 

Qeyd edək ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

 



Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər