Modern.az

İsrailə uçan təyyarə təcili Bakıya endi

İsrailə uçan təyyarə təcili Bakıya endi

Hadisə

30 Mart 2023, 23:07

EL AL aviaşirkətinin Tokio - Tel-Əviv reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

 

Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən Modern.az-a bildirilib ki, buna səbəb təyyarədə olan sərnişinin səhhətinin qəflətən pisləşməsi olub.

 

"Boeing 787-9" təyyarəsi yerli vaxtı ilə saat 21:51-də Bakı hava limanında uğurla eniş edib.

 

Enişdən dərhal sonra sərnişin təcili tibbi yardım briqadasına təhvil verilib və paytaxt klinikalarından birinə çatdırılıb.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu