Modern.az

Zavodda gözətçinin meyiti tapıldı

Zavodda gözətçinin meyiti tapıldı

31 Mart 2023, 09:52

Lənkəranda zavod gözətçisinin meyiti tapılıb.

 

Modern.az xəbər verir ki, hadisə gecə saatlarında baş verib.

 

Məlumata görə, Lənkəran rayonu Kosalar kənd sakini 1993-cü il təvəllüdlü Etimad Fəraqət oğlu Möhsümzadə işlədiyi asfalt zavodunun ərazisində ölüb. Onun meyiti səhər iş yerinə gələnlər tərəfindən tapılıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.

 

İlkin müayinə və meyitə baxış zamanı hər hansı zorakılıq əlaməti aşkarlanmayıb. Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib. Müayinələrdən sonra ölümün əsl səbəbi məlum olacaq.

 

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dünyaya səs salan Qarabağ və Zəngəzur mədəniyyəti