Modern.az

Bakı metrosunda həyəcanlı anlar - YENİLƏNİB

Bakı metrosunda həyəcanlı anlar - YENİLƏNİB

31 Mart 2023, 16:14

“Bakı metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov "Gənclik" stansiyasında baş verən hadisə ilə bağlı yeni açıqlama yayıb.

 

Modern.az-ın məlumatına görə, qurum rəsmisi bildirib ki, stansiyada daşınan kimyəvi təmizləyici maddənin toz halında olan digər təmizləyici (xlor) maddə ilə reaksiyaya girməsi nəticəsində ani alışma baş verib.

 

"Operativ şəkildə müdaxilə edilib, bütün müvafiq təhlükəsizlik tədbirləri görülüb. Sərnişinlər arasında xəsarət alan olmayıb. Hazırda araşdırma davam edir. Onu da qeyd edək ki, həmin təmizləyici maddənin metropoliten daxilinə buraxılmasına məhdudiyyət yoxdur", - deyə B.Məmmədov vurğulayıb.

 

***

15:30

"Gənclik" metrostansiyasının vestibülündə bir sərnişinin əlindən içində xlor maddəsi olan şüşə balon düşüb və maye buxarlanması olub.

 

Modern.az xəbər verir ki, bu barədə “Bakı metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib.

 

“Dərhal müvafiq tədbirlər görülüb, o cümlədən balonun düşdüyü yer təmizlənib. Sərnişinlərin təhlükəsizliyinə xələl gətirə biləcək hadisə baş verməyib”, - qurum rəsmisi deyib.

 

Onun sözlərinə görə, dezinfeksiya məqsədilə istifadə olunmaq üçün nəzərdə tutulan xlor maddəsi quru halda paketdə olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir