Türkiyədə azərbaycanlı gənc qətlə yetirildi

Türkiyədə azərbaycanlı gənc qətlə yetirildi

1 Aprel 2023, 12:54

Türkiyədə azərbaycanlı qətlə yetirilib.

 

Modern.az Lent.az-a istinadən xəbər verir ki, hadisə paytaxt Ankarada, Yeniməhəllə qəsəbəsində qeydə alınıb.

 

Tütün məmulatları satan 30 yaşlı Şamil Xalidlə şəriki Ahmet Dikbaş arasında mübahisə yaranıb. Mübahisə zamanı A. Dikbaş Şamilin qasıq nahiyəsinə tapança ilə atəş açıb. Yaralanan Şamil qaçaraq, meyvə-tərəvəz dükanında gizlənsə də, şəriki orada bu dəfə onun ürəyinə 3 dəfə atəş açaraq, həyatına son qoyub.

 

İlkin məlumata görə, hadisəyə səbəb şəriklərin pul bölgüsü olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İran daxildən çat verir - Siyasi gərginlik pik həddə