Modern.az

Ağır qəzadan sağ çıxdı, yolu keçərkən öldü

Ağır qəzadan sağ çıxdı, yolu keçərkən öldü

Hadisə

1 Aprel 2023, 16:13

Gəncədə piyadanın ölümü ilə nəticədən ağır yol qəzası baş verib.

 

Modern.az "Unikal"a istinadən xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb.

 

Məlumata görə, Quşqara kənd sakini 1986-ci il təvəllüdlü Elmir İsmaylov yolu keçmək istəyən zaman onu minik avtomobili vurub. Piyada hadisə yerində ölüb.

 

Qeyd edək ki, Elmir İsmayılov Göygöl rayonun Quşqara kəndində "Mercedes" markalı minik maşını ilə hərəkətdə olan zaman idarəetməni itirib. Nəticədə minik maşını yoldan çıxaraq aşıb. Qəzadan sağ çıxan 37 yaşlı sürücü Gəncədə yerləşən xəstəxanaların birinə gedib. Bu zaman yolu keçmək istəyən zaman digər avtomobil onu vuraraq öldürüb.

 

Faktla bağlı araşdırma aparılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!