Bu gün saat 15 radələrində Qəbələ rayonunun Bılıx kəndi ərazisində “VAZ-2106”markalı avtomobilin sürücüsü Zülfüqar Göyüşov idarəetməni itirib və nəqliyyat vasitəsi körpüdən aşıb.
Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.
Məlumata görə, nəticədə sürücü xəsarət alıb və avtomobildə sərnişin qismində olan oğlu, 2011-ci il təvəllüdü Y.Göyüşov aldığı xəsarətlərdən vəfat edib.
Faktla bağlı araşdırma aparılır.