Ağcabədidə ağır yol qəzası olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, aprelin 2-də saat 21 radələrində Ağcabədi rayonunun Minəxorlu kəndi ərazisində F.İbrahimli idarə etdiyi “VAZ-2107” markalı avtomobili divara vurub. Nəticədə avtomobildəki sərnişin Emin Məmmədov hadisə yerində, sürücü isə xəstəxanada ölüb.
Ağcabədi Rayon Polis Şöbəsində araşdırma aparılır.
Qeyd edək ki, hadisə zamanı həlak olan Tovuz rayonunun Düz Cırdaxan kənd sakini Emin Məmmədov hərbi qulluqçu olub.