Modern.az

Bu görüntülər Azərbaycanda çəkilməyib - DİN-dən açıqlama

Bu görüntülər Azərbaycanda çəkilməyib - DİN-dən açıqlama

Hadisə

4 Aprel 2023, 10:54

Sosial şəbəkələrdə metroda iki qadının dava etməsi ilə bağlı yayılmış görüntülər Bakıda çəkilməyib.

 

Modern.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.

 

Onun sözlərinə görə, Metropolitendə Polis Şöbəsində aparılmış araşdırmalar nəticəsində məlum olub ki, görüntülər başqa ölkədə çəkilib.

 

Xatırladaq ki, videonu sosial şəbəkələrdə paylaşanlar davanın "Bakı Metropoliteni" QSC-nin "Azadlıq prospekti" stansiyasında qeydə alındığını iddia edib.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?