Lerik rayonunda aprelin 3-də itkin düşən 1995-ci il təvəllüdlü Hüseynov Ümid Əliməmməd oğlunun meyiti tapılıb.
Modern.az xəbər verir ki, onun meyiti bu gün səhər saatlarında rayonun Almu kəndində aşkar edilib.
Məlumata görə, 28 yaşlı gəncin meyiti ailəsinə məxsus pay torpağın yaxınlığındakı dərədə, su arxından tapılaraq, təhvil verilib.
Yaxınları bildirib ki, Ü.Hüseynov aprelin 3-də ot sahəsinə baxmağa gedib, lakin geri qayıtmayıb. Ailə üzvləri onun itkin düşməsi barədə Daxili İşlər Nazirliyinin “102 - Zəng Xidməti”nə məlumat veriblər.
Ü.Hüseynovun su arxına düşərək boğulduğu ehtimal olunsa da, ölümün səbəbi ekspertizanın rəyindən sonra məlum olacaq. Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.
Faktla bağlı prokurorluqda araşdırma aparılır.