Modern.az

Fəhləni “tok” vurub öldürdü

Fəhləni “tok” vurub öldürdü

Hadisə

5 Aprel 2023, 17:40

Aprelin 5-i saat 14 radələrində 1985-ci il təvəllüdlü Turab Nəsirovun ölməsi barədə Quba rayon prokurorluğuna məlumat daxil olub.

 

Bu barədə Modern.az-a Quba rayon Prokurorluğundan məlumat verilib.

 

Bildirilib ki, ilkin araşdırma zamanı “DOST İş Mərkəzi” MMC xətti ilə  “Azəriqaz” İB-nin Xaçmaz Regional Qaz İstismar İdarəsinin Quba Xidmət Sahəsinə fəhlə kimi təhkim edilmiş Turan Nəsirovun rayonun Amsar kəndi ərazisində elektrik dirəyindən ötürücü naqili kəsmək istəyən zaman cərəyan vurması nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Quba rayon prokurorluğunda araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?