Salyan rayonunda intihar hadisəsi olub.
Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qızılağac kəndində baş verib.
Məlumata görə, 8-ci sinif şagirdi Cavadzadə Mirələm Niyaməddin oğlu özünü yaşadığı evdə asıb. İntiharın səbəbi hələlik məlum deyil.