Modern.az

Yasamalda ata oğlunu öldürüb - YENİLƏNİB

Yasamalda ata oğlunu öldürüb - YENİLƏNİB

Hadisə

8 Aprel 2023, 07:30

Aprelin 7-si saat 23 radələrində paytaxtın Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən mənzillərdən birində 1990-cı il təvəllüdlü Kamran İsrafilovun ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

 

Yasamal rayon prokurorluğundan Modern.az-a bildirilib ki, ilkin araşdırma zamanı  1956-cı il təvəllüdlü Ramiz İsrafilovun aralarında yaranmış mübahisə zamanı oğlu Kamran İsrafiova kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Fakta görə Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Ramiz İsrafilov iş üzrə şübhəli şəxs qismində saxlanılıb.

 

İbtidai istintaq davam etdirilir.

 

***

Aprelin 8-də saat 04 radələrində Yasamal rayonunda evlərin birində 1990-cı il təvəllüdlü Kamran İsrafilovun kəsici-deşici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən K.İsarfilovun atası, 1956-cı il təvəllüdlü Ramiz İsrafilov polisə gələrək təslim olub.

 

Araşdırmalar davam etdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?